12:10 24.10.2017 1477

"Neftçi"nin vitse-prezidenti azarkeşlərdən kömək istədi

"Kəpəz”lə oyun bizim üçün çox ağır keçdi. Yerli azarkeşlərin dəstəyindən ruhlanan meydan sahibləri komandamıza çox ciddi müqavimət göstərdi. Bununla belə, "Neftçi”nin turnir hədəfləri baxımından çox vacib sayılan qələbə qazana bildik”. 

Fanat.Az xəbər verir ki, bunu "Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Kəpəz” üzərində 1:0 hesablı qələbəni flaqmanın rəsmi saytına şərh edərkən deyib. E.Eyvazov "Neftçi”nin son 4 oyunu səfərdə keçirməsinə və bunlardan 3-də qalib gəlməsinə diqqət çəkib. O, komandanın azarkeş dəstəyinə ehtiyacı olduğunu söyləyib: "Komandamız təxminən 1,5 aylıq fasilədən sonra doğma arenaya qayıdacaq. Bildiyiniz kimi, son 4 oyunumuzu səfərdə keçirdik. Buna baxmayaraq, ardıcıl 3 oyunda qələbə qazanmışıq. "Sumqayıt”la oyunda qələbələrin davamının gəlməsini istəyirik. Bunun üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var. Ölkənin ən köklü klubunun azarkeşləri nəticələrdən asılı olmayaraq, hər zaman sevimli komandasının yanında olub. "Sumqayıt”la qarşılaşmada isə daha böyük dəstəyə ehtiyacımız var. Oktyabrın 29-u bazar gününə təsadüf etdiyindən azarkeşlərimizin oyuna gəlməsi yolunda heç bir ciddi problem yaşanmamalıdır". 

Klub rəsmisinin fikrincə, növbəti oyunda bütün ölkə möhtəşəm "Neftçi” azarkeşini görəcək. E.Eyvazov bunun üçün əllərindən gələn etməyə hazır olduqlarını söyləyib: "Futbolçularımız böyük azarkeş dəstəyi hiss edəndə istənilən rəqibi udmağa qadirdir. "Sumqayıt” son turda cari mövsümdə məğlub olmayan "Zirə”yə qalib gəldi. Ən azı bu məqam nə qədər çətin rəqiblə qarşılaşacağımızdan xəbər verir. Amma biz komandamıza və azarkeşlərimizə inanırıq. Artıq məzmunlu və baxımlı oyunumuz var. Son qələbələr futbolçuların psixoloji durumuna da müsbət təsir edir. Möhtəşəm azarkeşlərimizlə bütövləşib "Sumqayıt”la oyunda da qələbə seriyasına davam etmək istəyirik. Doğma divarlar arasında azarkeşlərlə bütövləşən "Neftçi” tam başqa - əsl "Neftçi”dir! Sonda bir daha dəyərli azarkeşlərimizə səslənirik: stadiona gəlin, "Neftçi”nin əsl gücünü, qüdrətini birlikdə göstərək”!

Qeyd edək ki, "Neftçi” hazırda 10 xalla 5-ci pillədə qərarlaşıb. "Sumqayıt"la oyun "Bakcell Arena"da keçiriləcək. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X