Milli komandamızın Almaniyanın "Erzgebirge" klubunda oynayan üzvü Dmitri Nazarov cəzalandırılıb. Fanat.Az xəbər verir ki, buna səbəb onun "Regensburq”la oyununda meydandan qovulması olub.
II Bundesliqanın XI turunda keçirilən oyunun 20-ci dəqiqəsində Nazarov topu bilərəkdən rəqib futbolçunun başına vurmuşdu. Almaniya Futbol İttifaqının İntizam Komitəsi 27 yaşlı futbolçunu 3 oyunduq cəzalandırıb, klubunu 3000 avro cərimə edib.
Nazarov klubun rəsmi saytına açıqlamasında üzr istəyib: "Həmin anda özümü belə aparmamalıydım. Klubuma zərər vurdum. Buna görə üzr istəyirəm".
Fanat.Az