UEFA Gənclər Liqasında IV turun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA "Atletiko" və "Qarabağ"ın U-19 komandaları arasındakı oyun isveçrəli hakimlərə tapşırılıb.
Qarşılaşmanı Stefan Klossner idarə edəcək. Ona Remi Zqargen və Efe Kurnazca yardımçı olacaq. Dörüncü hakim funksiyasını Valentina Qomez yerinə yetirəcək.
Hakimlərin işinə ispan hakim-inspektor Manuel Diaz Veqa qiymət verəcək. Görüşün UEFA nümayəndəsi holland Neyl Morrou olacaq.
Fanat.Az