00:58 30.10.2017 1726

Tahir Gözəl: "Qurbanovla bağlı bir təklif olsa, bir şərt deyəcəm"

"Qarabağ”ın prezidenti Tahir Gözəl Madridə yollanan azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi sual-cavabdan sonra ortaya çıxan müsahibəni təqdim edirik:


- "Qarabağ” ilk oyunda Bakıda "Atletiko” ilə heç-heçə etməklə hamımızı sevindirdi. Bu uğurlu nəticənin davamını Madriddə gətirmək mümkün olacaq?

- Bu, bizim üçün tarixi oyundu. Madriddə nəticə qazanmaq "Qarabağ” üçün vacibdi. Əlimizdən gələni edəcəyik. Səfərdən xalla qayıtmaq istəyirik. Bu, bizim arzumuzdu. Həyəcanla, inamla oyunu gözləyirik. İstəyirik ki, xalımızı alıb geri qayıdaq

- Bakıdakı ilk oyundan sonra "Atletiko” rəhbərliyi nəticə ilə bağlı sizə nəsə dedimi?

- Oyundan sonra "Atletiko”nun prezidenti məni təbrik etdi. Bildirdi ki, möhtəşəm oynadız. Bu sözləri "Atletiko”nun prezidentindən eşitdim. Səfərə ümidlə yollanırıq. Görək necə olacaq. Düzdür, heyətdə zədəlilərimiz var - Mahirdi, Bədavidi. Bununla belə, hesab edirəm ki, "Qarabağ” vətənə gözəl nəticə ilə başıuca qayıdacaq. Buna inanıram. 

- "Atletiko” ilə səfər matçını "Qarabağ” üçün ən ağır oyun hesab etmək olar?

- Olar. "Atletiko” demək olar ki, bircə "Çelsi”yə uduzub. O da 90+4-cü dəqiqədə buraxdığı qolla. Qarşımızda nəhəng komanda var. Bakıdakı oyundakı kimi pressinq tətbiq edib, mübarizə aparsaq, istədiyimiz nəticəni qazanacağımıza inanıram. 

- Bakıdakı nəticəyə əsasən "Atletiko”nun acıqlı olması mümkündür?

- Onlar daha hazırlıqlı olacaqlar. Bakıdakı nəticə onlar üçün şok idi. Heç kim bunu gözləmirdi. Amma biz də oyuna hazırıq. 

- "Qarabağ” artıq pik nöqtəyə çatıb, Çempionlar Liqasının qrupunda oynayır. Bundan sonrakı "Qarabağ”ın inkişafını nədə görürsüz?

- İnkişafı cavanlarda götürəm. O gün bir klub rəhbəri ilə bu barədə söhbətimiz oldu. O qeyd etdi ki, artıq 5 yaşından uşaqları komandaya götürürlər. Gələcək yerli uşaqlardadı. Ən güclü legionerləri transfer etməyə heç vaxt gücümüz çatmayacaq. "Çelsi”nin büdcəsi bizdən dəfələrlə çoxdur. Amma biz onlara qarşı ciddi hazırlaşırıq. 

- "Qarabağ”ın gələn il də ÇL-in qrupunda oynayacağına inanırsız? 

- Əlbəttə. Biz burdan qayıtmaq istəmirik. Hazırkı dönəm Qarabağ, Azərbaycan üçün çox həssasdı. Siyasi cəhətdən çox vacibdir bu illər. İnkişaf etməliyik, bir yerdə dayanmaq olmaz. Amma ÇL-in qaydalarında bəzi dəyişikliklər olub. Orta və kiçik klubların qrupa düşməsini çox çətinləşdiriblər. Hələ də başa düşmürəm ki, niyə belə addım atılıb. Bizim kimi klubları dəstəkləmək istəyirlərsə, kömək etməlidirlər. "Roma”nın, "Atletiko”nun oyununa baxın. Artıq "Qarabağ”ı dünya tanıyır. Büdcə baxımından biz kiçik klub olsaq da, artıq tanınırıq. 

- "Qarabağ”ın maliyyələşməsində hər hansı problem yoxdu?

- Şükür, heç bir problem yoxdu. Bütün neft ölkələri kimi Azərbaycan da böyük çətinliklərdən keçdi. Amma bizdə neftin qiymətinin düşməsinin o qədər də təsirin olmadı. "Azərsun Holdinq” də bu dönəmi uğurla adladı. Maddi cəhətdən problemimiz yoxdu. 

- Ölkə çempionatında əsas rəqib qismində hansı komandanı görürsüz?

- Birinci "Qəbələ”nin adını çəkməliyəm. Onlar bizə qarşı möhtəşəm oynadılar. Hətta deyərdim, "Atletiko” ilə oyuncəsi bizə kömək etdilər. Rahatlaşmaq olmaz. Əsas rəqibimiz "Qəbələ”di. "Neftçi” də artıq özünə gəlib. İnşallah, hər şey yaxşı olacaq. Gözəl çempionat izləyəcəyimizə inanıram. 

- Son günlər Qurban Qurbanovun adı milli ilə yanaşı hallanır...

- Bizə hər hansı rəsmi müraciət olmayıb. Belə bir təklif olsa, bir şərt deyəcəm. "Qarabağ” Azərbaycanı sevən hər kəs üçün dəyərdi, addı. Heç vaxt bu komandaya zərər gəlməməlidir. Əgər zərər gəlməyəcəksə, biz tərəfdən problem olmaz. Azərbaycan futbolunun xeyrinə olan hər məsələyə müsbət baxıram. Amma Qurban hoca ilə bu barədə hər hansı danışığımız olmayıb. Yəni onun milliyə getməsi variantı üzərində düşünməmişik. 

- Təklif gəlsə, sizin reaksiyanız necə olacaq?

- "Qarabağ”a zərər verməmək şərti ilə.... Hər şey şərtlərdən asılıdır. Millinin adı önəmlidi. Hamımız yığmanı dəstəkləyirik. Başqa cür ola bilməz.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2025
01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" rəqib meydanında coşdu

10 May 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X