"Atletiko” ilə Bakıdakı matçda zədələnən "Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun uzun müddətə sıradan çıxdığı məlum olub.
Fanat.Az xəbər verir ki, bu günlərdə əməliyyat olunan müdafiəçinin zədəsini sağaltması prosesi əvvəlcə təxmin olunan müddətdən çox çəkəcək.
Bu isə o deməkdi ki, Hüseynov "Atletiko” ilə səfərdəki qarşılaşma ilə yanaşı, hələ xeyli oyunu buraxmalı olacaq. Onun ilin sonuna qədər yaşıl meydana çıxmayacağı dəqiqdi. Bədavinin hətta 8 ay ərzində "Qarabağ”ın və millinin formasını geyinməyəcəyi də istisna edilmir.
Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən Ağdam klubunun üzvüdü. (Apasport)
Fanat.Az