22:33 30.10.2017 1924

Qurban Qurbanov: \"Atletiko\" kimi biz də istəkliyik\"

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Atletiko”nun qonağı olacaq "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Çox güclü komandaya qarşı oynayacağıq. "Atletiko” öz gücünü bizə Bakıda göstərdi. Həddən artıq istəkli komandadı. Bizim üçün çox çətin olacaq. Sonadək mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq. Rəqib haqda nə isə fikir bildirməyə ehtiyac yoxdu. Bu cür komanda ilə belə stadionda oynamaq bizim üçün böyük təcrübədi.

- Heyətdə bir neçə itki var. Sabahkı oyunda hansı nəticəyə ümid edirsiz?
- Bəli, çox ciddi problemlərimiz var. Rəqibin açıqlamasından da bəllidi ki, sabahkı oyuna final görüşü kimi baxırlar. Hansı nəticəni qazana bilərik? İlk növbədə düzgün oyun qurub, rəqibin hücumlarının qarşısını almağa çalışacağıq. Daha sonra isə özümüz hücum qurmağa səy göstərəcəyik. Planlaşdırdığımız alınsa, istədiyimiz oyunu sərgiləyə bilsək, inşallah, yaxşı nəticə də olacaq.

- Pedro Enrike sabah oynaya biləcək, ya yox?
- Bunu indi deyə bilmərəm, sabah həkimlərlə söhbətləşib, dəqiq biləcəyik.

- İspaniya mətbuatında bu oyunun ispanlar üçün əhəmiyyətindən bəhs edilir. Sabahkı oyunda "Atletiko”nu nə ilə təəccübləndirə bilərik?
- Təəccübləndirmək bir qədər düzgün çıxmaz. "Atletiko" yeganə komandadı ki, heç bir oyunda istəksiz çıxış etməyib. Bu komandaya qarşı həddən artıq diqqətli olmalıyıq. Bakıda bir neçə epizoddan istifadə edə bilmədilər. Yerli mətbuata da açıqlamalarında bildirirlər ki, qol epizodlarında soyuqqanlı olmalıdılar. Biz də həmçinin. Rəqib kimi biz də istəkliyik. Çoxsaylı azarkeşlər önündə oynayacaımıza baxmayaraq, futbolçularımın bunu bacaracağına inanıram.

- İlk 3 turdan sonra "Atletiko”nun hesabında 2 xal olacağını gözləyirdiz? Sizcə, bu amil sizin komandanın xeyrinədi, yoxsa ziyanına?
- "Atletiko”nun builki oyunlarına baxsaq, görərik ki, cəmi 1 oyunda, "Çelsi”yə uduzublar. Bu, komandanın gücündən xəbər verir. Rəqibdə qol buraxmamaq istəyi ilə yanaşı, qol vurmaq istəyi də var. Bizim üçün hansı sürprizi hazırlayıblar, bunu sabah görəcəyik. Futbolçularım diqqətli olmalıdılar. Onların sürprizlərini əvvəlcədən görməlidilər. Fikrimcə, xal aclığı rəqibi bizə qarşı daha diqqətli olmağa sövq edəcək.

- "Qarabağ” rəqibindən ustalıq səviyyəsinə görə geri olsa da, bu komandanı əzmkarlıq hesabına Bakıda büdrədə bildi. Necə düşünürsüz, sabah yenə əzmkarlıq hesabına bu komandadan xal almaq olar?
- Bakıda da demişdim, bəzi epizodlarda bu komanda bizə uduzsa da, ustalıq səviyyəsi daha artığına imkan verir. Rəqib bizdən daha yüksək səviyyəlidi. Sabahkı oyunda bizim əzmkarlığa çox ehtiyacımız var. Çatışmayan cəhətlərimizi bununla sığortalamalıyıq. Bizim əsas silahımız rəqibdən çəkinmədən mübarizə aparmaqdı.

- İtkiləri necə kompensasiya etməyi düşünürsüz?
- İtkidən heç vaxt narazılıq etməmişəm. Sadəcə, əlimizdəki heyətdən az istifadə edə bilirik. Mənim olduğu kimi, futbolçuların da üzərinə böyük yük düşür. Şans qazanan hər bir futbolçu öz üzərinə düşən vəzifəni tam yerinə yetirməlidi. Bu cür oyunlara futbolçuları xüsusi hazırlaşdırmağa ehtiyac yoxdu. Çünki, kimə qarşı oynayacaqlarını bilirlər.

- Sabahkı oyunda "Qarabağ”ın tərəfində olan nə isə var, hansı ki, nəticə üçün bizə ümid versin?
- Hamımız inanmalı, ümidli olmalıyıq. Təkcə biz yox, həm də, sizlər və azarkeşlər. Bizi tanıyırsız. Bilirsiz ki, həmişə əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq. Bakıdakından da məsuliyyətli olmalıyıq. İnanıram ki, futbolçularım üz üzərlərinə düşən işin öhdəsindən gələcək.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
15:23

"Sabah"ın fubolçusu əməliyyat olundu

15:05

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

14:48

U-14 liqasına yekun vuruldu

14:31

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

14:14

"Hələ oyuna olan ehtiras və sevgim sönməyib" - Jordi Alba

13:56

Azərbaycanın tennis millisi “Davis Cup”a qələbə ilə başladı

13:38

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

13:20

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

13:02

Sanenin ardınca Neymar da Türkiyə yolunda - Təklif göndərildi

12:43

Markus Raşford yekun qərarını verdi

12:24

Çerçesov Polşa millisini çalışdıracaq? - Rusiyalı mümkün təyinatından danışdı

12:05

I Liqanın oyunlarını 64 min 595 tamaşaçı izləyib - SİYAHI

11:47

Tarixi klub adını dəyişdi

11:28

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

11:10

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

10:52

Dünya çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

10:35

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

10:16

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Avropa Liqasının qalibi yeni baş məşqçiyə tapşırıldı

09:00

İtaliya klubu "Liverpul"un hücumçusunu istəyir

01:19

UEFA İrlandiya klubunu Konfrans Liqasından uzaqlaşdırdı

00:16

Niderland millsinin sabiq üzvü həbs edildi

12 İyun 2025
23:33

Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

23:17

Avdullahu Almaniya klubunda - RƏSMİ

22:56

Spalletti Ronaldunun baş məşqçisi olmağa yaxındır

22:20

Millimiz FİFA reytinqində irəlilədi

21:51

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

21:17

Ansu Fatinin Fransa klubuna keçidi reallaşmaq üzrədir - SON DURUM

20:49

MY braziliyalı hücumçu ilə 5+1 illik müqavilə bağladı - RƏSMİ

20:18

"Milan"ın nümayəndəsi iki futbolçu üçün Londona yollandı

19:49

"Qarabağ"ın ilk rəqibi müəyyənləşdi

19:18

"Şamaxı" daha bir legionerin "hə"sini aldı

18:16

"Sabah" legioneri ilə vidalaşdı

17:46

Azərbaycan cüdoçularının DÇ-dəki rəqibləri müəyyənləşdi

17:25

Mançini milliyə can atır: "Getmək mənim günahımdır"

17:06

"Bu, reallığa çevrilmiş arzudur" - Trent Aleksander-Arnold

16:48

Leroy Sane "Qalatasaray"da - RƏSMİ

16:29

Avropa nəhəngi Niko Uilyamsla danışıqlara başladı - Vingerin tələbi açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X