05:13 01.11.2017 1531

Tahir Gözəl: "Bəlkə də möcüzə olacaq, ikincilik qazanacağıq... "

"Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının qrup mərhələsində "Atletiko” ilə 1:1 hesablı bərabərliyin ardından Fanat.Az-ın əməkdaşının da suallarını cavablandırıb.
 
- Görüş haqqında nə deyə bilərsiz?
- Çox maraqlı və gərgin oyun oldu. Qolumuz möhtəşəm idi. Onların vurduğu qol da adlarına yaraşan idi. "Qarabağ” bir daha sübut etdi ki, burda olmağı təsadüfi deyil. Yarım saata yaxın müddətdə azlıqda oynasaq da, rəqiblə başa-baş mübarizə apardıq. Şükür ki, biz Çempionlar Liqasında, rəqib meydanında Azərbaycan tarixində ilk qolu vura bildik. "Qarabağ” yenə ilklərə imza atır.
 
- U-19 komandası da qələbə qazandı bu gün...
- O da möhtəşəm nəticədi. O komandamı da təbrik edirəm. Bu gün başımız dik, qürurla ayrılırıq Madriddən. Əminəm ki, "Real” tərəfdarları bu nəticəyə çox sevinirlər. Onlardan bizə mənəvi dəstək var idi ki, əlinizdən gələni edin. Çox məmnunam. Klubumla fəxr edirəm. Bizim əsas məqsədimiz var, o da Qarabağın adını dünyaya çatdırmaqdı. Şükür, buna nail oluruq. Bütün dünya bizi alqışlayır. "Roma”nın prezidenti də mənə təbrik göndərdi. Belə şeylər məni çox sevindirir.
 
- İştahınız artırmı? Bəlkə artıq 3-cülük haqqında düşünəsiz?
- Qarşımızdakı elə komandalardı ki, çox çətindi. Əlimizdən gələni edəcəyik. Ölüm qrupuna düşmüşük. Şansımız var üçüncülüyə, bəlkə də möcüzə olacaq, ikincilik qazanacağıq... Hələ bilmirik axı...
 
- Qırmızı vərəqədən sonra həyəcan keçirdiz?
- Vərəqəyə etirazım yoxdu, şəxsən. Ancaq 10 nəfər qalmaq məndə böyük həyəcan yaratdı. Ancaq "Qarabağ” özünü itirmədi, bir az da şansımız gətirdi, yaxşı bitdi hər şey.
 
- Bu cür oyundan sonra "Çelsi” ilə qarşılaşmada yenidən tribunaların dolacağını güman eləmək olarmı?
- Mən ancaq dolu tribunalar gözləyirəm. Bu klubu dəstəkləməmək olarmı? Bu komanda üçün yeri gəlsə, iki saat piyada da getmək olar, çünki buna layiqdi. Bütün Azərbaycanı dəvət edirəm. Biz öz işimizi görürük, gərək Azərbaycan da "Qarabağ”a sahib çıxsın. Stadionu dolduraraq dünyaya sübut etməliyik ki, bu komandanın arxasında durmuşuq.
 
- Matçdan sonra "Atletiko” rəhbərliyi nə dedi?
- Serezo o qədər centlmen, yaxşı adamdı ki... Gözəl oyuna görə təbrik etdi. Hörmətlə vidalaşdıq.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
01:50

Türkiyə millisi ABŞ yığmasını yendi

00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

22:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X