23:00 05.11.2017 1732

Tərlan Əhmədov: "Onu meydanda saxlamağım heç kimə mesaj deyil"

"Məğlub olsaq da, bu gün zəif çıxış etmədik. Müdafiədə oturmadıq. Ancaq bu, futboldu, hərdən belə də olur. Komandamın oyunundan razı qaldım. Uşaqlara matçdan sonra təşəkkür etdim. Bundan öncəki oyundan sonrakı mətbuat konfransında yolun əvvəlində olduğumuzu demişdim. Artıq yolun ortasındayıq. Bir səhvlə məğlub olduq. Qarşıda bizi daha çətin qarşılaşmalar gözləyir. Bu oyundakı səhvlərimizi analiz edərək, gələcək matçlara daha motivasiyalı çıxacağıq”. Fanat.Az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.
 
Topaz Premyer Liqasının XI turunda səfərdə "Zirə” ilə qarşılaşan "ağ-qaralar” 0:1 hesablı məğlubiyyətə üzülüb. Oyundan sonra keçirilən mətbuat konfransında Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
 
- Növbəti turda sizi "Qəbələ” ilə çətin oyun gözləyir. Ona qədər isə çempionatda fasilə yaranacaq. Bu, komandanın xeyrinədi ya ziyanına?
- Bunu bilmək olmaz. Sadəcə, fasilədən maksimum istifadə etməyə çalışacağıq.
 
- İqnasio Errera qolda səhvlə yadda qaldı. İki epizodda isə yerli futbolçular əlverişli mövqedə olmasına baxmayaraq, ona ötürmə vermədi. Siz isə onu yalnız oyunun 80-ci dəqiqəsində əvəzlədiz. Bu, yerli futbolçulara mesaj deyildi ki?
- Futbola yuxarıdan baxanda daha rahatdı. Pelenin belə bir sözü var, "şaşkini hamı oynayır, ancaq heç kim bilmir ki, necə oynanmalıdı. Futbolu isə heç kim oynamır, ancaq hamı bu barədə danışır”. Onu meydanda saxlamağım heç kimə mesaj deyil. Heç kimlə danışıq aparmamışam.
 
- Sağ cinaha çarə tapmısız, bəs sol cinahdakı problemi nə vaxt həll edəcəksiz?
- Maksimum çalışıram ki, yerli oyunçular daha çox çıxış etsin. Akademiyaya göz gəzdirməyə imkanım olmayıb. Fürsət tapan kimi baxacam. Hələlik bu mövqedə Anton Krivotsyuk çıxış edir.
 
- Petrovun oyununu necə dəyərləndirərdiz? Qolda onun səhvi də var idi...
- Bir oyunçu səhv etmirsə, demək ki, ümumiyyətlə oynamayıb. Məğlubiyyətdə heç kimi günahlandırmıram. Futbolçularıma oyuna görə təşəkkür etdim. Heç bir futbolçunu günahlandırmıram. Oyunun taleyini bir top həll etdi. Son 7 turda heç kimdən zəif oynamamışıq. Bu gün "Zirə” qalib gəlibsə, deməli, onlar daha layiq idilər.
 
- Emin Mahmudovun əsas heyətdə yer almaması nə ilə bağlı idi?
- Bugünkü oyun daha çox istək tələb edirdi. Rəhman Hacıyev süni ot örtüyündə daha çevik hərəkət etdiyinə görə start heyətində ona şans verdim. İkinci hissədə Emini meydana buraxdım. Çünki onun mərkəzdə top saxlaya biləcəyini düşünürdüm.
 
- Bu gün Seqoviyanın heyətdə olmaması nə ilə bağlı idi?
- Fəhmin Muradbəyli, Pavel Dreksa və Daniel Seqoviya əvəzedici heyətdə zədə aldığından bu gün heyətdə yer almadı.
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2025
01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" rəqib meydanında coşdu

10 May 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X