"Neftçi"nin futbolçusu Kiril Petrov "Zirə" ilə oyunda rəqib futbolçu Milan Duriçlə aralarında yaranmış gərginlikdən danışıb. Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu oyundan sonra serb həmkarı ilə bağlı bunları deyib:
"Mən qaydalar çərçivəsində, topa oynadım. Ancaq "Zirə”nin balkanlı oyunçuları üstümə qışqırdılar. Mən də ona dedim ki, niyə qışqırırsan? Biz hamımız eyni işi görürük. Ancaq bəzi futbolçular təxribatla məşğuldular. Bu cür adamlarla görüşmək istəmirəm".
Kiril Petrov ikinci hissədə komanda yoldaşları ilə aralarındakı gərginliklə bağlı da danışıb: "Sadəcə, emosiyanal idik. Oyundan sonra belə şeylər heç yada düşmür. Biz meydanda və ondan kənarda bir ailə kimiyik. Oyun zamanı belə hallar olur".
Fanat.Az