"Qəbələ”də zədə sindromu davam edir. Klubdan Fanat.Az-a verilən məlumata görə, bölgə təmsilçisində daha bir futbolçusu sıradan çıxıb.
Topaz Premyer Liqasının XI turunda "Səbail"lə görüşdə (3:1) xəsarət alan Rasim Ramaldanovun zədəsi gözlənildiyindən ciddi çıxıb. Futbolçunun əzələsində yırtıq aşkarlanıb. 31 yaşlı arxa xətt oyunçusu azı 1 ay oynamayacaq.
Qeyd edək ki, hazırda Stiven Monroz, Vitali Vernidub və Filip Ozobiç komandanın kollektiv məşqlərinə qatılmır.
Fanat.Az