Milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranan fasilədən faydalanan "Qəbələ” ilə "Zirə” öncədən planlaşdırıldığı kimi, sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, görüş "Bakı”nın bazasında baş tutub. Riçard Qadzenin ikinci hissədə vurduğu qol "Zirə”yə 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, Topaz Premyer Liqasında 11 turdan sonra "Zirə” 24 xalla ikinci, "Qəbələ” isə 22 xalla üçüncü pillədədi.
Fanat.Az