"Kəpəz”in zədəlilərindən yeni xəbər var. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədə üzündən 3 çempionat oyununda Gəncə klubuna kömək edə bilməyən Samba Diallonun vəziyyəti normaldı.
Müalicə prosesi ilə paralel olaraq məşqlərdə də iştirak edən Sambanın qarşıdakı turda meydana çıxması məşqçilər korpusunun qərarından asılı olacaq. "Sarı-göylər”in daha bir üzvü Kərim Diniyevin də durumunda ciddi irəliləyişlər var. Klubun tibbi personalından verilən məlumata görə, yarımmüdafiəçinin zədəsi sağalmaq üzrədi. "Keşlə” ilə matçda ağır xəsarət alan Diniyevin uzun müddətə sıradan çıxdığı güman olunsa da, müalicəsi uğurla aparıldığından, futbolçu tez bərpa olunub. İntensiv müayinə və müalicələrdən sonra Kərim fitnes və fərdi proqram üzrə məşq edib. Bu gündən isə oyunçu komandaya qoşulub.
Qeyd edək ki, "Kəpəz” Premyer Liqanın XII turunda noyabrın 18-də "Səbail”i qəbul edəcək.
Fanat.Az