Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Qarabağ” – "Sumqayıt” matçının başlama saatı və yeri müəyyənlşib.
Fanat.Az Sumqayıt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda oynanılacaq. Noyabrın 17-də baş tutacaq matç saat 18:30-da start götürəcək.
Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı görüş isə 18 noyabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 15:00-da başlanacaq.
Fanat.Az