"Qarabağ"ın və yığmamızın hücumçusu Ramil Şeydayev U-21-ə kömək edə bilməyəcəyi üçün təəssüfünü bildirib.
Fanat.Az xəbər verir ki, şəxsi "Facebook" səhifəsində bu haqda yazan Ramil məşqlərə başladığını da bildirib:
"Təəssüf ki, sabah (bu gün) U-21-ə kömək edə bilməyəcəm. Çox istəyirdim, amma zədəyə görə alınmadı. Bu gündən yüngül məşqlərə başlamışam”.
Şeydayev U-21-in Almaniya və Kosova ilə oyununun heyətinə salınsa da zədə üzündən oynaya bilməyib.
Fanat.Az