22:56 16.11.2017 1771

\"Qəbələ\"nin xorvat futbolçusuna Azərbaycan vətəndaşlığı təklif olundu

"Qəbələ" klubunun futbolçusu Filip Ozobiçə Azərbaycan vətəndaşlığı təklif olunub. Fanat.Az xəbər verir ki, bu barədə xorvatiyalı yarımmüdafiəçi yerli "24 saat" nəşrinə açıqlamasında bildirib.

26 yaşlı oyunçu belə bir ideya barədə özünün də eşitdiyini söyləyib. Lakin o, vətəndaşlıq almaq üçün Azərbaycanda 5 il yaşamasının vacibliyini vurğulayıb:

"Mən cəmi 2 ildir buradayam. Amma daha çox qalaraq, vətəndaşlıq almağa etiraz etməzdim. Niyə də yox? Şərait əladır. Klub da kiçik Dubayı xatırladan Bakıya köçüb. Burada xeyli neft, çoxlu yeni bina var. "Formula-1" yarışı da keçirilir. 10 min nəfərlik kiçik şəhər olan Qəbələyə oyundan bir gün əvvəl gedir və Xorvatiyada olmayan klubun bazasında qalırıq. Klubun sahibi bizə jest etdi. Bakıda qalmaq Qəbələ ilə müqayisədə xeyli rahatdır".

"Azərbaycan Premyer Liqası Xorvatiya çempionatından bir qədər zəifdir. "Qarabağ" və "Qəbələ" "Hayduk"la Zaqreb "Dinamo"su kimidir. Qalan bütün komandalar isə aşağı səviyyəlidirlər. Lakin çempionat normaldır və burada yaxşı oyunçular çıxış edir" deyən Ozobiç Azərbaycanda Xorvatiya çempionatının da yayımlandığını və bunun inanılmaz olduğunu vurğulayıb. O, səbəb kimi Robert Prosineçki amilini göstərib: "Prosineçki Azərbaycan millisinə rəhbərlik etdiyi vaxt hamı onun gördüyü işlərdən şoka düşmüşdü. Bu mütəxəssis Azərbaycan futbolu üçün əla işlər gördüyündən, onu bütün anlamlarda razı salmağa çalışırdılar. Bəli, həqiqətən də Xorvatiya çempionatı burada yayımlanırdı (gülür - red.). İnana bilmirdim".

Rəfiqəsi Niveslə birgə yeni mühitə öyrəşdiyini deyən Ozobiç Bakının tıxaclarından şikayətlənib: "Tıxaclar dəhşətlidir. Yollarla elə hərəkət edirlər ki, bunu heç yerdə görməmişəm. Onlar üçün heç bir zolaq qayda və işarə yoxdur. Hamısı eyni vaxtda qaydaları pozur. Düşünmürəm ki, burada özüm maşını idarə edə bilərəm. Ona görə də çox ucuz olan taksidən yararlanıram. Bilmirəm qiymətləri necə ifadə edim. Yanacağın bir litri 3 kundursa, fikrimcə, hər şey aydındır".

Bir müddət zədəli olan legioner "Qəbələ" ilə yeni müqavilə bağlamasının mümkünlüyünü də açıqlayıb: "Hazırkı müqaviləm mövsümün sonuna qədərdir. Amma artıq anlaşmanın uzadılması istiqamətində danışıqlara başlamışıq. Hesab edirəm ki, komandada qalacağam".

Qeyd edək ki, Filip Ozobiç "Qəbələ"yə 2016-cı ilin yayında keçib. O, Xorvatiya yığmasının heyətində 2 yoldaşlıq görüşündə forma geyinib.("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X