Qış "transfer pəncərəsi” zamanı "Qarabağ”dan ayrılacaq futbolçulardan birinin adına aydınlıq gəlib. Fanat.Az xəbər verir ki, bu, yarımmüdafiəçi Rahid Əmirquliyevdir.
Ağdam təmsilçisində mütəmadi olaraq forma şansı qazana bilməyən təcrübəli futbolçu özünə yeni klub axtarmaq məcburiyyətində qalacaq. Belə durumda isə ona "Qəbələ” klubu qapılarını aça bilər.
Qeyd edək ki, Rahid Əmirquliyev "Qarabağ”a 2016-cı ilin yanvarında transfer olunub. Onunla 2,5 illik sözləşmə imzalanıb. (yenicag.az)
Fanat.Az