12:48 17.11.2017 1488

“Neftçi”nin baş məşqçisi: “Çempionata hazır deyildik”

Birinci dövrənin son oyununda "Marafon Futsal”la qarşılaşan və liderlər qrupunda yer alan debütant üzərində qələbə qazanan "Neftçi” İK-nın baş məşqçisi İlqar Aslanov AFF-nın rəsmi "Facebook" səhifəsinə müsahibə verib.
 
- Son iki oyunda turnir cədvəlinin zirvəsində qərarlaşan komandalara qarşı oynadınız və 4 xal qazandınız. Xüsusilə də "Marafot Futsal”la oyunun bu qədər gərgin keçəcəyinə hazır idiniz?
- Onlardan bu cür oynayacaqlarını gözləyirdik. Çünki "Marafon Futsal” Yüksək Liqada "Araz”dan başqa bütün rəqiblərini udmuşdu. Bizdən 5 xal artıq toplamaları oyunun əhəmiyyətini bir qədər də artırmışdı. Hətta matçdan əvvəl uşaqlara dedim ki, bu görüş bizim üçün "6 xallıq” oyundur. Udsaq, fərqi bir oyunda aradan qaldırılacaq qədər azaldacaq, uduzsaq, onları çox irəli buraxmış olacağıq. Bütün bunlar gərginlik yaratmaya bilməzdi.
 
- EKOL-a yenilgi sanki "Neftçi”ni ayıltdı. Həmin qarşılaşmada nə baş vermişdi ki, əzəli rəqibinizə yenildiniz?
- Yayda üç əsas oyunçumuz komandanı tərk etdi. Biz də boşluğu doldurmaq üçün iranlı legionerləri dəvət etdik. Onlar da dilimizi tam bilmirlər, müəyyən sözləri anlayırlar. Bu da anlaşmada problem yaradır. Xətlərarası əlaqə də hələ zəifdir. Bu da yenə ünsiyyət qura bilməməyin nəticəsidir. 
 
- Deməli, komandanız çempionata hazır deyildi?
- Bəli, çempionata hazır deyildik. Çünki legionerlərimiz komandaya mövsümün startına 1 aydan da az vaxt qalmış qoşuldular. Komandada qalıb-qalmayacaqlarını bilmirdik. Bəziləri cəmi bir həftə qalmış düşərgəmizə qoşuldu. Yəni, komandanın vaxtında komplektləşməməsi təsirini göstərir.
 
- Əslinə, "Neftçi” yenilərlə müqayisədə daha təcrübəli hesab edilir. Amma debütantlar deyəsən planları "pozub”?
- "Araz”ı istina etməklə, qalan komandalar bir-birindən xal ala, sürpriz nəticə qeydə alına bilər.
 
- Bəs ustalıq səviyyəsi?
- Yenə "Araz”ın üzvlərini fərqləndirərdim. Millinin bazası hesab edilən bu komandadan başqa, qalanları bir-birinə yaxındır. EKOL-un da üstün cəhəti var, bu komanda neçə illərdi eyni heyətlə çıxış edir. Bu məqam meydanda bir-birini başa düşmək baxımından onlara çox kömək edir.
 
- "Neftçi”dəki dəyişikliklər nədən irəli gəlirdi: gedən futzalçıları saxlamaq olmadı, yoxsa özünüz yeni nəfəsə ehtiyac duydunuz?
- Açığı, maddi durumumuz həmin oyunçuları komandada saxlamağa imkan vermədi.
 
- Çempionatla bağlı hədəflər, planlar necədir?
- Mükafatlar uğrunda mübarizə aparacağıq. Amma reallıq göstərir ki, heyətimizi gücləndirməliyik. Qış fasiləsi zamanı bunun üzərində işləyəcəyik. Zəif çıxış edən futzalçını güclüsü ilə əvəzləyəcəyik.
 
- Bəs millinin oyunu ilə bağlı yaranacaq fasilədən necə istifadə etməyi düşünürsüz?
- Adi qaydada məşqlərimizi davam etdirəcəyik. Səhvlərimiz üzərində işləyəcəyik. Fasilədən sonrakı oyunlara daha yaxşı hazırlaşmaq üçün maksimum istifadə edəcəyik.
 
- Demək olar, bütün komandaların çıxışını izləmisiniz. Yaxşı mənada xüsusi qeyd etmək istədiyiniz oyunçu və ya komanda varmı?
- "FK.İD.Futsal” xoş təsir bağışlayır. Çünki bu komandanın heyətində Rəcəb Fərəczadə kimi təcrübəli, ustalıq səviyyəsi yüksək olan futzalçı var. O, komandasına çox kömək edir. Bizimlə oyunda da qarşılaşmanın taleyini həll edən futzalçı Rəcəb oldu.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X