Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən "Qarabağ” - "Sumqayıt” matçından (2:0) sonra kütləvi dava baş verib.
Fanat.Az yenicag.az-a istinadən xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin Ağdam təmsilçisinin fanatlarına qarşı təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Nəticədə tərəflər arasında dava düşüb. Məsələyə müdaxilə edən polis əməkdaşları "Qarabağ Ordusu” azarkeş qrupunun rəhbəri Ramiq Quliyevlə ağdamlıların rəsmi fan-klubunun rəhbəri Elvin Süleymanovu saxlayıb. Hər iki azarkeş Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb.
Fanat.Az