Topaz Premyer Liqasında XII turun oyunları davam edir. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk oyununda ardıcıl 5 qarşılaşması 1:1 hesabı ilə başa çatan "Keşlə" ilə "Zirə" qarşılaşıb. Ötən tur debüt oyununa çıxan Ramiz Məmmədov həm ilk xalını qazanmaq, həm də 5 oyunluq uğursuzluğa son qoymaq iddiasında olsa da, "Zirə" buna imkan verməyib. Qəsəbə təmsilçisi Milan Duriçin 18-ci dəqiqədə vurduğu qolla qələbəni bayram edib.
Günün ikinci qarşılaşmasında turnir cədvəlinin aşağı pillərində qərarlaşan "Kəpəz"lə "Səbail" qarşılaşıb. Dramatikliyi ilə seçilən qarşılaşmada 5 qol vurulub və 1 futbolçu meydandan qovulub. 5-ci qonaqlar penalti qazanıb və Adrian Popoviçi dəqiq zərbə ilə hesabı açıb. Bu zaman "Kəpəz"dən Dedimar Fereyra qırmızı vərəqə alıb. 16-cı dəqiqədə Ayron Stati meydan sahiblərini ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Bundan sonra özünə gələn "Kəpəz" 28-ci dəqiqədə İlyas Səfərzadə, 35-ci dəqiqədə K?rim Diniyevin qollarına sevinib. Buna baxmayaraq, "Səbuil" qələbə qolunu vurub. 56-cı dəqiqədə Vüqar Nadirov komandasına qələbə qazandırıb.
Qeyd edək ki, turun ilk oyununda "Qarabağ"ı "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Turun son qarşılaşması sabah "Neftçi" və "Qəbələ" oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
2017/18 mövsümü
II dövrə, XII tur
18 noyabr
Keşlə - Zirə 0:1
Qol: Milan Duriç, 18.
Keşlə: 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 2. Sertan Taşkın, 7. Mirsahib Abbasov, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Pərdis Fərcad-Azad, 39. Əlibəy Məmmədli, 46. Əsəd Məsimov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 99. Ricat Qarayev.
Baş məşqçi: Ramiz Məmmədov.
Zirə: 85. Kamal Bayramov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 9. David Manqa, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
"İnter Arena”.
Kəpəz - Səbail 2:3
Qollar: İlyas Səfərzadə, 28. Kərim Diniyev, 35 - Adrian Popoviçi, 5-pen. Ayron Stati, 16. Vüqar Nadirov, 56.
Qırmızı vərəqə: Dedimar Fereyra, 6.
Kəpəz: 1. Davud Kərimi, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Viktor Oseqeyl, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 13. Şəhriyar Rəhimov (k), 21. Novruz Məmmədov, 24. Məhəmməd Qurbanov, 26. Ba Mansur Aladji.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 2. Yusif Cəfərov, 7. Sergey Çernişev, 9. İlkin Sadıqov, 15. Azad Kərimov, 16. Azər Məmmədov, 17. Əli Səmədov, 18. Tural Cəlilov, 20. Samba Dialo.
Baş məşqçi: Şahin Diniyev.
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 21. Murtuz Abakarov, 23. Ayron Stati, 26. Kamal Qurbanov, 35. Egdaras Jarskis, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 11. Elman Taqayev, 13. Murad Musayev, 66. Pərviz Qaraxanov, 69. Renan Telles, 88. Orxan Qurbanlı.
Baş məşqçi: Samir Əliyev.
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Gəncə şəhər stadionu.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Qarabağ |
11 |
9 |
1 |
1 |
19:4 |
28 |
2 |
Zirə |
12 |
8 |
3 |
1 |
20:8 |
27 |
3 |
Qəbələ |
11 |
7 |
1 |
3 |
16:11 |
22 |
4 |
Sumqayıt |
12 |
5 |
1 |
6 |
14:17 |
16 |
5 |
Neftçi |
11 |
4 |
1 |
6 |
12:11 |
13 |
6 |
Səbail |
11 |
4 |
0 |
7 |
9:18 |
12 |
7 |
Keşlə |
12 |
2 |
2 |
8 |
8:18 |
8 |
8 |
Kəpəz |
12 |
2 |
1 |
9 |
9:20 |
7 |
Bombardirlər |
Mahir Mədətov (Qarabağ), Baqali Dabo (Qəbələ), Amil
Yunanov (Sumqayıt), Riçard Qadze (Zirə) - 5. |
Fanat.Az