Bu gün Gəncədə baş tutan "Kəpəz" - "Səbail" matçından sonra gəncəlilərin baş məşqçisi Şahin Diniyev istefa verib.
Rəqibinə 2:3 hesablı məğlubiyyətdən sonra komandadan getməyi qərara alan Şahin bəy oyunsonrası mətbuat konfransında artıq istefa ərizəsini rəhbərliyə təqdim etdiyini bildirib. Bəs onun istefası qəbul olunubmu?
Söport7.az məsələ ilə bağlı klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevlə danışıb. Elmir bəy açıqlamasında bunları deyib:
"Bəli, onun ərizəsini qəbul etmişik və istefası ilə razılaşacağıq. Bu haqda sabah ictimaiyyətə məlumat veriləcək. Bayaq iclas keçirmişik. Sabah səhər ətraflı şəkildə mediaya məlumat çatdırılacaq. Hansı problemlər varsa, Müşahidə Şurasının iclasında hər şey qeyd olunub. Klubun mətbuat xidməti ilə əlaqə saxlaya bilərsiz".
Fanat.Az