"Vest Bromviç" üzərində qələbədən sonra "Çelsi"nin baş məşqçisi Antonio Konte fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, italyan mütəxəssis oyunsonrası mətbuat konfransında noyabrın 22-də baş tutacaq "Qarabağ"la görüşə də toxunub:
"Biz hücumçularımız arasında əla əlaqənin olduğunu göstərdik. Bu görüş asan oldu, çünki çox yaxşı oynadıq. Çərşənbə günü mövsümün ən vacib oyunu olacaq. Qələbə bizi Çempionlar Liqasında növbəti mərhələyə çıxaracaq. Yolumuza belə başlamaq çox pozitiv olardı. Ötən mövsüm biz ardıcıl 13 oyundan qalib ayrıldıq. Hər bir oyun çox çətindi və böyük diqqət tələb edir. Çünki uduza və xal itirə bilərsiniz. Ardıcıl 4 qələbə lazımdı ki, özünəinam hissini qaytaraq. Mövsümə xeyli problemlə başladıq. Çalışırıq ki, məsələnin düzgün həll yolunu yavaş-yavaş tapaq. Xüsusən, oyunçularımın məhsuldarlıq və əzmkarlığından çox razıyam.
Biz "Qarabağ"la çərşənbə günü oynadıqdan sonra ertəsi gün səhər saatlarında Londona qayıdacağıq. Şənbə günü isə "Liverpul"a qarşı səfərdə daha bir vacib oyunumuz olacaq. Bu, normaldır? Məncə, yox. Kimsə bu liqada böyük balansın olmasını istəyirsə, təqvimi hazırlayarkən, belə hallara ciddi əhəmiyyət verməlidi".
Hazırda "Çelsi" Çempionlar Liqasında 7 xalla 2-ci, İngiltərə Premyer Liqasında isə 25 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.Az