01:08 21.11.2017 2014

Tahir Süleymanov: "Futbolda olub futbolu bilməyən futbol adamları..."

 
Beynəlxalq dərəcəli hakim - "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov feysbuk səhifəsində son olaylarla bağlı fikirlərini paylaşıb. Fanat.Az təcrübəli futbol adamının düşüncələrini olduğu kimi təqdim edir:

Çox təəssüfləndim...
Son həftələr Azərbaycan futbolunda baş verən olaylar gündəmi zəbt edib. Milli komanda da baş məşqçi dəyişikliyi, ardından yaş qrupları üzrə yığmalardakı hadisələr, Müşahidə Şurası, komitələr ideyasının iflası...
Neçə illərdi bu mövzuda yazılır, fikirlər səsləndirilir. Jurnalistlər, futbolu sevən azarkeşlər obyektiv, qəti mövqeyini bildirir, cavabdehlərin yanlış yolda olduqlarını ortaya qoyurlar. Təəssüf ki, çox az sayda, barmaqla sayılacaq qədər mütəxəssislər, futbol adamları çəkinmədən sözünü deyir...
Son günlər isə...
Futbolu zəbt edənlər özlərini sudan quru çıxartmaq üçün dəridən-qabıqdan çıxır. Mövqelərini, vəzifələrini itirmək qorxusu ilə təşviş içindədilər. Səsləndirdikləri fikirlərdə bu açıq sezilir. Futbol adamları isə bir-birini ittiham etməklə məşğuldu. Özləri də bilmədən və ya bilərəkdən futbolu dağıdanlara qulluq etmiş olurlar...
Niyə?! Sözünüz varsa, futbolun problemlərindən danışın, təhlil edin, yol göstərin. Sizlərin, futbolda ad-san qazanmış insanların özlərinə qarşı söylədiyi ifadələr ideoloqların əlinə su tökmüş olur. "Bax budur futbol adamları" fikirləri çoxdan formalaşıb artıq. Bunun da günahkarı özünüzsünüz,özümüzük..
Futbolda bacarıqlı mütəxəssislərimiz yox deyil. Son 5-6 ildə dözülməz təzyiqlərə, naşıların əcnəbi sevgisinə baxmayaraq bacarıqlı yerlilər klublarda tarixi uğurlar qazanaraq bunu sübuta yetirib.
Milyonlarla vəsaitin xərclənməsi fonunda futbolumuzdakı indiki durumun günahı, səbəbkarları tək futbolda olan təsadüfi insanlar deyil. Futbolda olub futbolu bilməyən futbol adamları da səbəbkardı... Vəzifələrdə qalmaq, "çörək" qazanmaq üçün futboldan bixəbər cavabdehlərə baş əyməklə... Çünki gözəl bilirlər, bilirlər ki, potensialları nədir. Əksinə, yeri gəldi-gəlmədi uğur qazanan/qazanmış yerlilərə ağız büzürlər, yerli bacarıqsızlar. Cavabdeh təsadüfilər üçün isə bu durum çox sərfəlidir. Elə futboldakı bacarıqsızlara  da bacarıqsızlıqlarını ört-bastır etmək üçün mövcüd vəziyyət münasibdi. On illərdi "bizimkilər futbol oynaya bilmir", "şərait yoxdur" deyə-deyə öz şəraitlərini necə lazımdı qurublar. "Çelsi", "İnter", "Atletiko", "Roma", "Lill" və digər nəhənglərin "Neftçi", "Qarabağ", "Qəbələ" üçün Azərbaycana gəlməsi də onlara göz dağıdır... 
Futboldakı təsadüfiləri futbol maraqlandırmır. Maraqlandırsaydı, mənəviyyat telləri bacarmadığı işlə məşğul olmağa imkan verməzdi. Mənəviyyatlarını yaddan çıxarmalarının səbəbkarlarından biri isə onlara alqış yağdıran futbol adamlarıdı. Baş-başa verib alqışlarla futbolu qara günə salıb, məğlub psixologiyaya alışdırır(b)lar...
Ümumi futbol qalıb kənarda, şəxsi məqsədlər üçün futboldakı naşılarla futboldakı bacarıqsız başlar qarışıb bir-birinə. Etməyin! Bundansa, biliyinizi, təfəkkürünüzü göstərin...
Zaman gələcək təsadüfilər futboldan birdəfəlik yox olacaqlar. Belələri çox gəlib-gedib. Futbol adamlarının taleyi isə futbolla yoğrulub. Siz inkişaf edin, əsl söz sahibi olun! Özünüzü ittiham etməklə nüfuzdan salmayın...
Azərbaycan futbolunda çox problemlər var. Sözünüz varsa bunları qabardın. Əks halda futbolda olan naşı "futbol adamları" sizləri qarşı-qarşıya qoyaraq öz uğursuzluqlarını, bacarıqsızlıqlarını yaddan çıxartmağa çalışacaq. Bu gün olduğu kimi...
Dəyişin ki, futbol da dəyişsin!
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X