01:08 21.11.2017 1999

Tahir Süleymanov: \"Futbolda olub futbolu bilməyən futbol adamları...\"

 
Beynəlxalq dərəcəli hakim - "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov feysbuk səhifəsində son olaylarla bağlı fikirlərini paylaşıb. Fanat.Az təcrübəli futbol adamının düşüncələrini olduğu kimi təqdim edir:

Çox təəssüfləndim...
Son həftələr Azərbaycan futbolunda baş verən olaylar gündəmi zəbt edib. Milli komanda da baş məşqçi dəyişikliyi, ardından yaş qrupları üzrə yığmalardakı hadisələr, Müşahidə Şurası, komitələr ideyasının iflası...
Neçə illərdi bu mövzuda yazılır, fikirlər səsləndirilir. Jurnalistlər, futbolu sevən azarkeşlər obyektiv, qəti mövqeyini bildirir, cavabdehlərin yanlış yolda olduqlarını ortaya qoyurlar. Təəssüf ki, çox az sayda, barmaqla sayılacaq qədər mütəxəssislər, futbol adamları çəkinmədən sözünü deyir...
Son günlər isə...
Futbolu zəbt edənlər özlərini sudan quru çıxartmaq üçün dəridən-qabıqdan çıxır. Mövqelərini, vəzifələrini itirmək qorxusu ilə təşviş içindədilər. Səsləndirdikləri fikirlərdə bu açıq sezilir. Futbol adamları isə bir-birini ittiham etməklə məşğuldu. Özləri də bilmədən və ya bilərəkdən futbolu dağıdanlara qulluq etmiş olurlar...
Niyə?! Sözünüz varsa, futbolun problemlərindən danışın, təhlil edin, yol göstərin. Sizlərin, futbolda ad-san qazanmış insanların özlərinə qarşı söylədiyi ifadələr ideoloqların əlinə su tökmüş olur. "Bax budur futbol adamları" fikirləri çoxdan formalaşıb artıq. Bunun da günahkarı özünüzsünüz,özümüzük..
Futbolda bacarıqlı mütəxəssislərimiz yox deyil. Son 5-6 ildə dözülməz təzyiqlərə, naşıların əcnəbi sevgisinə baxmayaraq bacarıqlı yerlilər klublarda tarixi uğurlar qazanaraq bunu sübuta yetirib.
Milyonlarla vəsaitin xərclənməsi fonunda futbolumuzdakı indiki durumun günahı, səbəbkarları tək futbolda olan təsadüfi insanlar deyil. Futbolda olub futbolu bilməyən futbol adamları da səbəbkardı... Vəzifələrdə qalmaq, "çörək" qazanmaq üçün futboldan bixəbər cavabdehlərə baş əyməklə... Çünki gözəl bilirlər, bilirlər ki, potensialları nədir. Əksinə, yeri gəldi-gəlmədi uğur qazanan/qazanmış yerlilərə ağız büzürlər, yerli bacarıqsızlar. Cavabdeh təsadüfilər üçün isə bu durum çox sərfəlidir. Elə futboldakı bacarıqsızlara  da bacarıqsızlıqlarını ört-bastır etmək üçün mövcüd vəziyyət münasibdi. On illərdi "bizimkilər futbol oynaya bilmir", "şərait yoxdur" deyə-deyə öz şəraitlərini necə lazımdı qurublar. "Çelsi", "İnter", "Atletiko", "Roma", "Lill" və digər nəhənglərin "Neftçi", "Qarabağ", "Qəbələ" üçün Azərbaycana gəlməsi də onlara göz dağıdır... 
Futboldakı təsadüfiləri futbol maraqlandırmır. Maraqlandırsaydı, mənəviyyat telləri bacarmadığı işlə məşğul olmağa imkan verməzdi. Mənəviyyatlarını yaddan çıxarmalarının səbəbkarlarından biri isə onlara alqış yağdıran futbol adamlarıdı. Baş-başa verib alqışlarla futbolu qara günə salıb, məğlub psixologiyaya alışdırır(b)lar...
Ümumi futbol qalıb kənarda, şəxsi məqsədlər üçün futboldakı naşılarla futboldakı bacarıqsız başlar qarışıb bir-birinə. Etməyin! Bundansa, biliyinizi, təfəkkürünüzü göstərin...
Zaman gələcək təsadüfilər futboldan birdəfəlik yox olacaqlar. Belələri çox gəlib-gedib. Futbol adamlarının taleyi isə futbolla yoğrulub. Siz inkişaf edin, əsl söz sahibi olun! Özünüzü ittiham etməklə nüfuzdan salmayın...
Azərbaycan futbolunda çox problemlər var. Sözünüz varsa bunları qabardın. Əks halda futbolda olan naşı "futbol adamları" sizləri qarşı-qarşıya qoyaraq öz uğursuzluqlarını, bacarıqsızlıqlarını yaddan çıxartmağa çalışacaq. Bu gün olduğu kimi...
Dəyişin ki, futbol da dəyişsin!
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Yanvar 2025
02:06

ÇL: PSJ "Mançester Siti"ni inamla yendi, "Real"dan darmadağın

22 Yanvar 2025
23:41

Ukrayna millisinin hücumçusu "Trabzonspor"da - RƏSMİ

23:18

Şensnı "Benfika" ilə ÇL matçında buraxdığı kuryoz qoldan danışdı

23:00

Nuri Şahin "Borussiya"dan qovulması haqda nə dedi? - AÇIQLAMA

22:39

Sinner Federer və Nadalın uğurunu təkrarladı

22:12

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:23

AL: "Beşiktaş" "Atletik Bilbao"nu darmadağın etdi

21:03

"Neftçi"nin əsas və sevilən bir futbolçusu olaraq..." - Elvin Camalov

20:44

Danimarkalı futbolçu İtaliyanı İngiltərəyə dəyişməyə yaxındır

20:18

Federasiya rəhbərliyi milli üzvləri ilə görüşüb

19:50

Şmeyxel müqavilə yenilədi

19:13

"Neftçi" milli üzvünün transferini açıqladı

18:44

Flik Çempionlar Liqasının rekordçusu oldu

18:12

CEV Hacıyevi Türkiyə klubunun oyununa göndərdi

17:35

"Şamaxı" Emin Zamanovla yollarını ayırdı - RƏSMİ

17:29

Azərbaycan millisi Macarıstanla qarşılaşacaq

17:11

Elvin Camalov "Sabah"la vidalaşdı - FOTO

16:58

"Qarabağ"ın dəstəyə ehtiyacı var - Rumıniya klubunu birlikdə yenək

16:32

Millimiz Minskə gedir

16:15

"Qol buraxsa, rumınların bu planı pozulacaq" - Arif Əsədov "Qarabağ"ın oyununa proqnoz verdi

15:56

Trent Aleksander-Arnold "Liverpul"da qalmayacaq - Yeni klubu ilə müqavilə bağladı

15:38

"Qarabağ" FCSB ilə matça qara sarğı ilə çıxacaq - Oyun 1 dəqiqəlik sükutla başlayacaq

15:19

Bakıda keçirilən turnirin mükafatçıları bilindi

15:01

"Onun həm "Qarabağ"ın, həm də mənim üzərimdə çox böyük əməyi olub"

14:42

Milan Şkrinyar İstanbul nəhənginə keçir - Bu gün Türkiyədə olacaq

14:24

"Səbəb çox istəkli və aqressiv olmağımdır" - Elvin Cəfərquliyev

14:06

Azərbaycan Kubokunda oyun cədvəli açıqlandı

13:49

"Qələbə qazanmaq istəyirik" - Qurban Qurbanov

13:24

"Qarabağ"ın müdafiəçisi FCSB komandası ilə matça hazır deyil

13:05

Bundesliqa nəhəngi türk məşqçi ilə vidalaşdı - RƏSMİ

12:46

Yassin Benzia FCSB ilə matçda oynayacaqmı? - Klub rəsmisi son vəziyyəti açıqladı

12:29

Birinci Liqa komandasının baş məşqçisi getdi

12:25

Levandovski Messini geridə qoydu, Ronaldunun rekordunu təkrarladı

12:06

Dünya Kuboku: Bakıda 38 ölkənin təmsilçiləri mübarizə aparacaq

11:48

"Heç vaxt belə həyəcan yaşamamışdım" - Flik 9 qolluq oyunu şərh etdi

11:10

ÇL-in üçqat qalibi Messinin doğma klubuna keçdi

10:33

Gənclər və idman naziri Fərid Qayıbov Qambiyada səfərdədir - FOTOLAR

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Təbriz klubu darmadağınla yenidən zirvədə

09:00

Ronaldu dubl etdi, "Əl-Nəsr" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X