UEFA Gənclər Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ” U-19 – "Çelsi” U-19 oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Alper Ulusoya Mehmet Emin Tuğral ve Deniz Caner Özaral kömək edəcək. Dördüncü hakim funksiyasını azərbaycanlı referi Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Çelsi" görüşü sabah saat 15:00-da başlayacaq.
Fanat.Az