UEFA Gənclər Liqasında V tura start verilib. Fanat.Az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubunun U-19 komandası "Portu"nu qəbul edib.
Oyunda ədaləti Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası qoruyub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanlı referi "Beşiktaş"ın 4, "Portu"nun 2 futbolçusunu cəzalandırıb.
Qeyd edək ki, Əliyar Ağayevə Mübariz Haşımovla Akif Əmirəli yardım edib. Oyunun 4-cü hakimi türkiyəli Oğuzhan Uğurlu olub.
Fanat.Az