"Qarabağ” əks-hücumlarda yaxşı oynayır. Lakin biz "Mançester Yunayted” və "Vest Bromviç”ə qarşı sərgilədiyimiz futbolu təkrarlasaq, qalib gələcəyik. Bu cür qarşılaşmalarda qalib gəlmək üçün diqqətli olmaq lazımdı”. Fanat.Az xəbər verir ki, bu sözləri "Çelsi”nin qapıçısı Tibo Kurtua dyib.
"Çelsi" sabah Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ”ın qonağı olacaq. Bu gün Bakıda keçirilən mətbuat konfransına qatılan qapıçı oyunla bağlı danışıb: "Yaxşı hazırlıq keçmişik. Sabahkı görüşə hazırıq. Tam olaraq "Qarabağ”la matça köklənmişik. Düzdü, bizə qarşı ilk oyunları fərqli oldu. Lakin sonrakı görüşlərdə yaxşı təsir bağışladılar. Favorit bizik. Bu qələbə bizə 1/8 finala vəsiqə qazandıracaq. Erkən qol vurub rəqibi təzyiq altında saxlamağa çalışacağıq. Ancaq "Qarabağ” "Atletiko” ilə duellərdə nəyə qadir olduğunu göstərdi".
Kurtua deyib ki, "Qarabağ” "Çelsi”yə 0:6 hesabı ilə uduzduğu ilk matçdan sonra fərqli taktika ilə çıxış etməyə başlayıb. Onun sözlərinə görə, Ağdam təmsilçisinin hücumçuları çox təhlükəlidi: "Qarabağ” əks-hücumlarda yaxşı oynayır. Lakin biz "Mançester Yunayted” və "Vest Bromviç”ə qarşı sərgilədiyimiz futbolu təkrarlasaq, qalib gələcəyik. Bu cür qarşılaşmalarda qalib gəlmək üçün diqqətli olmaq lazımdı”.
Fanat.Az