Çempionlar Liqasının qrup mərhələsinin V turunda evdə "Çelsi” ilə qarşılaşan "Qarabağ” 0:4 hesabı ilə yenildi. Görüşün nəticəsi ilə yanaşı, hakimin qərarları da müzakirələrə səbəb olub.
Portuqaliyalı Manuel De Souzanın matçın 18-ci dəqiqəsində Rəşad Sadıqovla Villianın mübarizəsi zamanı şübhəli penalti qərarı verməsi və kapitanı meydandan qovması birmənalı qarşılanmayıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı hakimin qərarına keçmiş FIFA referisi Tahir Süleymanov münasibət bildirib. O, "Facebook" hesabında "Portuqaliyalı, sən Çempionlar Liqası deyil, heç həvəskar səviyyəsinə də layiq hakim deyilsən. Bu idarəçiliyə görə qırmızı vərəqə sənin özünə düşür!!! yazıb.
Fanat.Az