"Bir müsəlman və qardaş komandanın Çempionlar Liqasında xarüqələr yaratması bütün Azərərbaycan xalqını çox xoşbəxt etdi". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun Çempionlar Liqasının V turunda "Çelsi” ilə matçını (0:4) izləməyə gələn "Beşiktaş”ın baş məşqçisi Şenol Günəş qarşılaşmadan əvvəl Qurbanovla görüş keçirmişdi. Cütlük arasında olan söhbət Türkiyə mətbuatında yayımlanıb.
Görüş zamanı Azərbaycan çempionunun çalışdırıcısı həmkarına və onun komandasına tərif yağdırıb: "Hər kəs sizdən danışır. Həm klub, həm də baş məşqçi olaraq, sizdən nümunə götürürük və götürəcəyik. Bir türkiyəli baş məşqçinin uğuru bizi qürurlandırdı. Sizə təşəkkür edirik. "Beşiktaş"ı qardaş klub seçərək, onun izi ilə gedəcəyik. İnanıram ki, gələcəkdə biz də sizin kimi uğurlar qazanacağıq".
Fanat.Az