Çexiya çempionatında 15-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav” da növbəti oyununa çıxıb. Kamranın komandası səfərdə "Dukla”ya 1:4 hesabıyla uduzub. Millimizin məlum diskvalifikasiya müddətini geridə qoyan qolkiperi 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Mlada Boleslav” 17 xalla turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub.
Fanat.Az