13:25 25.11.2017 1770

"Uğura aparan bütün yollar məqbuldu" - MÜSAHİBƏ

"FK.İD.Futsal” klubunun təcrübəli futzalçısı Rəcəb Fərəczadə Azərbaycan Futzal Federasiyasının rəsmi facebook səhifəsinə müsahibə verib. Fanat.Az-ın məlumatına görə, Fərəczadə Yüksək Liqasının geridə qalan 9 turundan danışıb.
 
- EKOL-la oyunda topa daha çox siz nəzarət etsəniz də, rəqibin hesabda 2 top fərqi ilə irəli çıxmasına mane ola bilmədiniz. Amma əzmkarlıq göstərərək 1 xal qazandınız. Oyun sizin üçün niyə belə alındı? 
- Bilirdik ki, çətin olacaq. Çünki EKOL-un oturuşmuş və təcrübəli heyəti var. Komandamız isə yeni yığılıb. İstəniləni vermək üçün müəyyən qədər vaxt lazımdı. Ancaq rəqibimizdən çəkinmədik, yaxşı mübarizə apardıq. Düzdü, onlar iki səhvimizdən qol vurdular, biz isə fürsətləri qaçırdıq. İstənilən halda, 1 xal qazandıq. Bu komanda ilə birinci dövrədəki oyunumuz da ağır keçdi. 

- Oyunu yenidən xatırlasan 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
- Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi. Buna görə də hər iki komanda 1 xal qazandı. Oyun ərzində üstünlüyümüz var idi, ancaq yeni yığılmış komandayıq, yeni-yeni oyunumuzu tapırıq. Növbəti dövrədə bundan yaxşı oynayacağıq. 

- Sizin də heyətinizdə Yüksək Liqa təcrübəsi olan oyunçular az deyil – Ağatahir Əzimov, özün, Nihad İsmayılov, Faiq Əliyev və s. Belədə rəqibin təcrübəli olmasını qabartmaq nə dərəcədə düzgün izahdı?
- Rəqibin təcrübəli olmasını deməklə, onların favorit olduğunu vurğulamadım. Heç bir rəqibimizdən çəkinmirik, oyunlarda da sona qədər mübarizə aparırıq. Sadəcə, tam formalaşmağımız üçün zamana ehtiyac var idi. Oyundan oyuna "artırırıq". 

- Necə düşünürsən, qış fasiləsi zamanı transferlərə ehtiyac varmı?
- Müəyyən mövqelər var ki, gücləndirmək lazımdı. Baş məşqçi və komandanın rəhbərliyi bunu bilir. Yəqin ki, fasilədən istifadə edib, 2-3 yeni oyunçu transfer olunacaq. Çünki mükafatçılar sırasına düşmək üçün bu lazımdı. Rəhbərlik bizə deməyib ki, mütləq çempion olmalısız, ya da gümüş medal qazanmalısınız. Bu mövsüm komandanı formalaşdırmaq tapşırılıb. Ancaq özümüz fikirləşirik ki, niyə üst sıralardan birini tutmayaq. Komanda üçün hər cür şərait yaradılıb. Biz də bunun qarşılığını nəticələrimizlə vermək istəyirik. 

- Xal fərqi artır. Bu baxımdan, mükafatçılar sırasına düşməyiniz real görünür?
- Çempionatın hələ 9 turu oynanılıb. Qalan 19 turda hər şey dəyişə bilər. Heç kim indidən hansısa medalı özü üçün təmin etməyib. 

- Yeri gəlmişkən, komanda yoldaşlarına tez-tez məsləhətlər verdiyini gördük. Hətta fasilədə də necə oynamağın məqbul olduğunu izah edirdin. Deyəsən, illərdi yığdığın təcrübə işinə yarıyır?
- Bizdə bütün tapşırıqları baş məşqçi verir. Sadəcə, təcrübəli oyunçulara imkan yaradır ki, müəyyən məqamlarda təcrübəmizi komanda yoldaşlarımızla bölüşək. Təbii ki, uğura aparan bütün yollar məqbuldu. Biz komandayıq, bir-birimizə kömək etməli, dəstək olmalıyıq. Çünki komanda həm də ailədi.

- Amma oyunlarda az iştirak edirsən. Səbəbi nədi?
- Düzgün qeyd etdiniz. Dizimdə zədəm var, bu üzdən bütün oyunlarda iştirak edə bilmirəm. Təsəvvür edin, 8 oyun keçirmişik, mən 3-4 qarşılaşmada meydana çıxmışam. Zədəm imkan verdikcə, komanda yoldaşlarıma kömək etməyə çalışıram.
 
- Çempionatın ümumi mənzərəsi necədir?
- Mənzərə çox dəyişib. Daha ancaq 2 rəqib haqda düşünmürük. Əvvəl "Neftçi”də oynayanda "Araz” və EKOL-la oyunları fikirləşirdik. İndi sonuncu pillədə gedən komanda da ciddi müqavimət göstərir. Hətta onlarla oyunda xalları yarı bölməli olduq. Təbii ki, "Araz” daha güclüdür. Qalan komandalarla oynamaq, mübarizə aparmaq mümküdü. Daha heç kim meydana çıxanda fikirləşmir ki, bu komandaya 7-8 top vuracam.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X