"Everton”un yeni baş məşqçisi bəlli olub. Fanat.Az xəbər verir ki, işindən qovulan Ronald Kumanın yerini Sem Ellardays tutub.
Klubdan verilən açıqlamada ingilis mütəxəssislə 2019-cu ilin iyun ayına kimi müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, hazırda aktivində 12 xal olan Liverpul təmsilçisi turnir cədvəlinin 17-ci pilləsindədi.
Fanat.Az