Ukrayna elitasında 17-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Paşayevin komandası "Vorskla"nın qonağı olub və 1:3 hesablı yenilgiyə üzülüb. Pavel start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib.
Qeyd edək ki, 18 xal yığan "Aleksandriya" turnir cədvəlində 8-ci pillədədi.
Fanat.Az