UEFA Gənclər Liqasının Çempionlar yolunda sonuncu turun hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, "Qarabağ”ın U-19 komandasının "Roma" ilə səfər oyununu xorvat hakimlər idarə edəcək.
Qarşılaşmaının baş hakimi Tihomir Pejin olacaq. Ona Qoran Pataki və Maryan Tomas yardım edəcək. Dördüncü hakim funksiyası italiyalı Daniele Martinelli yerinə yetirəcək.
Matçın UEFA nümayəndəsi Marçin Stefanski, hakim-inspektoru italiyalı Domeniko Messina olacaq.
Qeyd edək ki, sabah Romadakı "Tre Fontan” stadionunda baş tutacaq görüşdə oyun Bakı vaxtı ilə saat 17.30-da başlayacaq.
Fanat.Az