"Roma" ilə oyunöncəsi "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, Medvedev bunları söyləyib.
"Meydana təzyiq olmadan çıxacayıq. Bizim üçün bir təcrübədir. Rəqibin də gücünü hamımız bilirik. İki ən təcrübəli müdafiəçimiz sabah oynamır. Amma tarixi bir oyundur. Hər birimiz tarixi məsuliyyətimizi başa düşürük.
Beş ildir ki, avrokuboklarda inamla çıxış edirik. Bizi izləyənlər çoxdur. Tək mən yox, digər futbolçular da xarici klubların maraq dairəsinə düşür. Bu normal haldır. Amma hazırda "Qarabağ"ın futbolçusuyam".
Fanat.Az