"Qarabağ” bizə çox problem yaratdı və təhlükəli hücumlar etdi. Rəqib boşluqları yaxşı bağlamışdı. Fanat.Az xəbər verir ki, bunu "Roma”nın futbolçusu Dieqo Perotti deyib.
Çempionlar Liqasının qrup mərhələsində son turunda "canavarlar" öz meydanında "Qarabağ”ı 1:0 hesabıyla yenib. Bu qələbə sayəsində Roma təmsilçisi 1/8 finala yüksəlib.
Oyunun 53-cü dəqiqəsində yeganə qolu vuran Perotti Azərbaycan çempionu haqda müsbət fikirlər səsləndirib: "Qrupda keçirdiyimiz ilk görüşdə heç-heçə edəndə bizim uğur qazanacağımıza inanan az idi. Ancaq ruhdan düşmədik. İnandıq və çalışdıq. Biz finişə zirvədə çatmağa layiq idik. Çətin olmasına baxmayaraq, bizim üçün ideal gecə oldu. Əlbəttə ki, heç də asan qələbə qazanmadıq. Onlar öz oyunlarını göstərirdilər. Biz isə məqam gözləyirdik. Belə oyunlar olduqca təhlükəli olur. Hamımız birlikdə çalışdıq və qələbə qazanmağa nail olduq. İndi də bu andan həzz almalıyıq”.
Fanat.Az