Hazırda Albaniyada "Kukesi"nin formasını geyən yığmamızın üzvü, həmyerlimiz Rauf Əliyev "Qarabağ"da oynadığı günlər üçün darıxıb.
Fanat.Az xəbər verir ki, hücumçu "Facebook" səhifəsində özünün və "Qarabağ"ın loqosunun yer aldığı, üzərində "Tarixi yazmaq sizdən, oxumaq bizdən" sözləri yazılmış foto paylaşıb. Hücumçu bununla həm futbolçu kimi formalaşdığı, həm də karyerasının böyük hissəsini keçirdiyi Ağdam təmsilçisinə dəstəyini göstərib.
Əliyev 2006-2013-cü illərdə "Qarabağ"ın formasını geyib.
Fanat.Az