Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunundan - "Sumqayıt”a 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra "Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike Fanat.Az-ın əməkdaşının da suallarını cavablandırıb.
- Nəticədən və oyundan razı qaldın?
- Kubok oyunu çempionat görüşü deyil.Ab-hava fərqli olur. Səfərdə də yaxşı oynamağa, qələbə qazanmağa çalışacağıq. Bu oyun göstərdi ki, cavab oyununda bizim üçün asan olmayacaq. Yaxşı qapanmağı və əks-hücumlardan istifadə etməyi bacarırlar. Küləyin də təsiri olundu. Hava şəraiti oyunun sürətini azaldırdı.
- Oyuna ehtiyatdan qoşuldun. Bu taktiki gediş idi?
- Suala baş məşqçi daha yaxşı cavab verə bilər. Əvəzləmələr adət etdiyimiz mənzərədi. İki gün əvvəl çempionat oyunu keçirdik. Ona görə də bu cür rotasiyalar normaldı. Heyətimizdə kifayət qədər yüksək səviyyəli futbolçular var. Kim meydana çıxırsa, bacardığını edir.
- İl sona çatır. Nə ilə yadında qalacaq?
- İlin sona çatması ilə mövsümü də yarılamış oluruq. 2017-ci ilə baxdıqda, uğurlu alındı. PAOK-da da müntəzəm oynayır, qollar vururdum. Burda isə xüsusilə son oyunlarda vurduğum qollarla komandama kömək edirəm. Çempionlar Liqasında iştirak etmələ isə təcrübə qazanmış oldum. 2017-ci ili uğurlu hesab edirəm.
- Bura gələrkən əsas stimulun Çempionlar Liqasında oynamaq idi. Bəs gələn mövsüm nə olacaq?
- Çempionlar Liqası amilini danmıram. Ancaq bu, yeganə səbəb deyildi. Müqavilə ilə PAOK-a məxsusam, maya qədər burda qalacam. Qarşıda yoldaşlıq oyunu olsa belə, əlimdən gələnin ən yaxşısını edəcəm. Çempionlar Liqasında oynamaq isə başqa duyğulara meydan verir.
- PAOK-a qayıdacağınla bağlı xəbərlər yayıldı. Nə dərəcədə doğrudu?
- Bu, mətbuatın işidi. Yunanıstanda da media fəal çalışır. Amma xəbərlərin hardan qaynaqlandığını deyə bilmərəm. Mənə qışda geri dönəcəyimlə bağlı heç nə deyilməyib. Maya qədər müqaviləm var və burdayam.
Fanat.Az