Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Qarabağ” - "Sumqayıt” matçından (2:1) sonra maraqlı olay yaşanıb. Fanat.Az-ın məlumatına görə final fitinin ardından azyaşlı uşaq toplardan birini oğurlayıb.
Belə ki, "mərmi” ikinci yarıda qonaqların qoruduğu qapının arxasındakı sektora düşüb. Aşağıdakı polislərin çata bilməyəcəyini görən balaca azarkeş isə "qənimət”i götürərək media mənsublarının gözü qarşısında stadionu tərk edib. Topu bağrına basaraq qaçan azyaşlının və onu tutmağa gecikənlərin yaratdığı mənzərə yağmurlu havada stadiona toplaşanlarda xoş əhval yaradıb.
Fanat.Az