"Kəpəz” bu gün Gəncəyə yollanıb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Keşlə”ni qəbul edəcək "sarı-göylər”in oyun öncəsi son məşqi görüşün keçiriləcəyi stadionda baş tutub.
Yunis Hüseynovun komandası oyuna itkilərlə çıxacaq. Kərim Diniyev və Viktor Oseqeyl zədəli olduqlarından komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, dekabrın 14-də keçiriləcək "Kəpəz” - "Keşlə” oyunu saat 13:00-da başlanacaq.
Fanat.Az