Milli komandanın baş məşqçisi Qurban Qurbanov "Qarabağ"dan ayrılıb-ayrılmayacağı ilə bağlı suala cavab verib.
Fanat.Az xəbər verir ki, mütəxəssis klubdakı işini tərk etmək niyyətində olmadığını bildirib:
"Qarabağ”la hələ il yarımlıq müqaviləm var. Düzdü, hər iki yerdə işləmək çox çətindi. Amma bu etimadı doğrultmağa çalışmalıyam".
Fanat.Az