Aqil Məmmədov karyerasını "Neftçi"də davam etdirəcək.
SportLine.az saytının əldə etdiyi məlumata görə, "Qəbələ"nin qapıçısı "ağ-qaralar"la münasibəti sabah rəsmiləşdirəcək. O, paytaxt klubu ilə mövsümün sonunadək müqavilə bağlayacaq.
Qeyd edək ki, 28 yaşlı qapıçı 2015-2016-cı illərdə də "Neftçi"nin şərəfini qoruyub.
Fanat.Az