"Reyncers”in yeni baş məşqçisi Qrem Marti "Qəbələ"də çıxış edən Endi Hallideyi komandaya qaytarmaq istəyir. Fanat.Az xəbər verir ki, bu barədə "Sunday Mail" məlumat yayıb.
"Reyncers" 26 yaşlı yarımmüdafiəçini "Qəbələ"yə 1 illik icarəyə verib və onun müqaviləsi yayda başa çatacaq. Lakin yeni baş məşqçi bu futbolçunu komandada görmək üçün şotlandlar Azərbaycan klubu ilə danışıqlara başlayıb. "Reyncers" Endi Hallideyin müqaviləsinin vaxtından əvvəl pozulmasını istəyir.
Qeyd edək ki, Endi Hallidey "Qəbələ"də 7 rəsmi oyun keçirib. O, əvvəllər Şotlandiyanın "Livinqston", İngiltərənin "Midlsbro", "Ualsall", "Blekpul" və "Bradford" klublarında çıxış edib.
Fanat.Az