"Kəpəz”in futbolçusu Aydın Qasımov karyerasını "Xəzər”də davam etdirəcək.
Fanat.Az I divizion klubunun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.
Baş məşqçi Yunis Hüseynovun qərarı ilə "Kəpəz”dən göndərilən Qasımovun yeni komandası ilə anlaşma müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Aydın Qasımov əvvəllər AZAL, "Qaradağ Lökbatan” və MOİK-in də formasını geyinib.
Fanat.Az