18:40 04.01.2018 1999

Mahir Mədətov: "O əhvalatı Qriqorçukun icazəsi ilə danışmışam"

"Millinin düşərgəsində olduğumuz vaxt hər bir baş məşqçini müzakirə edirik. Roman Qriqorçuk da bəyəndiyimiz mütəxəssislərdəndi və ona xüsusi rəğbətlə yanaşırıq. Sərt görünsə də, arabir belə zarafatlar etməsi bizim üçün xoşdu. "CBC Sport"un efirində danışdığım əhvalat həqiqətdi".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov "Qəbələ"nin bəyanatına münasibət bildirərkən deyib. O bildirib ki, "CBC Sport"da yayımlanan "Qış nağılı"nda "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk barədə əhvalatı danışmazdan əvvəl həmin verilişdə olan ukraynalı mütəxəssisin özündən icazə alıb: 

"Bu əhvalat yadıma düşəndə danışmaq istəmədim. Çünki Qriqorçuk da kameranın arxasında idi. Düşündüm ki, eyib olar. Aparıcılar yaxınlaşaraq, Qriqorçukdan icazə aldılar. Sonra biz də baş məşqçiyə yaxınlaşdıq və onunla qucaqlaşıb görüşdük. "Qəbələ"nin baş məşqçisi ilə münasibətim çox yaxşıdı. Qurban Qurbanov qədər ona da hörmətim var. Yəni, Qriqorçukdan da icazə alındı. Bu hadisəni danışdığım vaxt o, ağzını əli tutaraq çölə çıxdı ki, gülüş səsi kameraya, efirə düşməsin. Özü də bu əhvalatı müsbət qarşıladı və güldü".

Mədətov "Qəbələ"nin üzrxahlıq tələbinə isə belə reaksiya verib: "Üzr istəməyin özü də böyüklükdü. Amma mən heç kimi təhqir etməmişəm, pisləməmişəm. Əksinə, müsbət fikir səsləndirmişəm. Burada üzr istəməli bir şey görmürəm. "Qəbələ"yə böyük hörmətim var. Neçə illərdi bu klubla rəqabət aparırıq. Burada ən önəmlisi odu ki, Qriqorçukun özünün icazəsi olub. Bu açıqlamaya görə Qurban Qurbanovun məni cəzalandıracağını düşünmürəm. Çünki cəzaya səbəb olacaq bir şey yoxdu".

Qeyd edək ki, "Qəbələ" klubu bu gün yaydığı bəyanatda Mahir Mədətovun çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirib, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayıb. Klub hesab edir ki, belə şüursuz açıqlamalar, baş məşqçi Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və "Qəbələ"nin imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yanlış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alan klub "Qarabağ” rəhbərliyinin futbolçu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə "Qəbələ” və Roman Qriqorçukdan üzr istəməsini gözləyir.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X