15:03 08.01.2018 1693

“Mançester Siti”nin sabiq hücumçusu: "Kəpəz"ə özümü isbatlamağa gəlmişəm"

Fanat.Az "Kəpəz”də baxışda olan İngiltərə təmsilçisi "Mançester Siti”nin sabiq futbolçusu Aleks Nimelinin "Report”a müsahibəsini təqdim edir.

- Azərbaycana gəlişiniz necə baş tutdu?
- Azərbaycan çempionatını daha öncə də izləmişdim. Burada dostum çıxış edib. Həm də əlaqədə olduğumu menecerlər var. Təklif alan zaman maraqlandım və onlardan müsbət fikirlər eşitdim. Ona görə də bura gəlməyə qərar verdim.

- Dostunuz kimdir?
- Həmyerlim Teo Uiks. İngiltərənin 20 yaşadək futbolçulardan ibarət yığmasında çıxış etsəm də, liberiyalıyam. Teo "Qəbələ”də oynadığı vaxt onu izləyirdim. Yəni, Azərbaycan futbolu barədə məlumatım vardı.

- Azərbaycan futbolu haqqında nələri bilirsiniz?
- "Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarını görmüşəm. Bu amil çox şeydən xəbər verir. Hər klub qitənin ən nüfuzlu klub turnirində çıxış etmir. "Qarabağ”ın orada olması Azərbaycan Premyer Liqasının da səviyyəsindən xəbər verir.
 


- Maraqlı karyeranız var: 17 yaşınızda "Mançester Siti”yə transfer olunmusunuz. Daha sonra "Kristal Pelas”, "Midlsbro” kimi klublara icarəyə verilmisiniz. Bu gün isə Azərbaycan Premyer Liqasında sonunu pillədə qərarlaşan "Kəpəz”in düşərgəsindəsiniz. Mançester təmsilçisinin heyətində möhkəmlənə bilməməyinizin səbəbi nədir?
- "Mançester Siti”yə keçdiyim vaxt hələ 17 yaşım tamam olmamışdı. Orada olduğum müddətdə əsas komanda ilə cəmi 2 matçda iştirak etmişəm. Bu da Roberto Mançininin dönəminə təsadüf edib. 2010-cu ilin aprelində XXXIII tur çərçivəsində "Bernli”ni 6:1 hesabı ilə məğlub etdiyimiz oyunun 83-cü dəqiqəsində Karlos Tevezi əvəzləmişdim. Digər oyunum isə Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyada "Yuventus”a qarşı olub. 2010-cu ilin dekabrında 1:1 hesabı ilə başa çatan görüşün start heyətində yer almışam və 61-ci dəqiqədə məni Pablo Zabaleta əvəzləyib. "Mançester Siti”yə böyük pulların axını ilə rəqabət də artdı. Açığı, heyətə cəlb olunan bahalı transferlərlə rəqabət aparmaq çox çətin idi. Təcrübə toplamağım üçün "Kristal Pelas”, "Midlsbro” kimi klublara icarəyə verildim.

- Bəs, icarədə niyə özünüzü yaxşı tərəfdən göstərə bilmədiniz?
- Yaşım az olduğu üçün davamlı olaraq icarəyə göndərilirdim. Ancaq özüm daha stabil olacağım bir yer istəyirdim. Təəssüf ki, tez-tez fərqli klublara icarəyə verilməyim xeyirimə işləmədi.



- İngiltərədən sonra Rumıniya və Norveçdə çıxış etmisiniz. 2017-ci ildə getdiyiniz "Stabek”i "Kəpəz”ə dəyişməyinizin səbəbi nədir?
- "Stabek”in əsas hücumçusu uzunmüddətli zədə aldığı üçün məni heyətə cəlb etmişdilər. O, sıraya dönəndən sonra oyamayacağımı bildiyim üçün ayrıldım. Özümə davamlı oynamaq üçün stabil yer axtarıram.

- "Kəpəz” karyeranızda dönüş etməyiniz üçün tramplin rolunu oynayana bilər?
- Hər şeydən öncə komandaya kömək etməyə gəlmişəm. "Kəpəz”in durumunun elə də yaxşı olmamasından xəbərdaram. Ümid edirəm ki, həm komandaya kömək edəcək, həm də karyeramda yüksəlişə nail olacağam. Bura özümü isbatlamağa gəlmişəm.

- Burada gördüyünüz şərait, "Kəpəz”in sonuncu yerdə olması sizi qorxutmur?
- Qorxsaydım, gəlməzdim. Burada ailənin bir parçası olmaq, birgə mübarizə aparaq, komandanın sonuncu pillədən qurtulmasına yardımçı olmaq istəyirəm.



Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X