"Səbail”in qış hazırlıq dönəmində yoxlama oyunu keçirəcəyi daha iki rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının debütantı yanvarın 11-də I Divizion təmsilçisi "Sabah”la qarşılaşacaq. "Bayıl Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq.
Samir Əliyevin rəhbərlik etdiki kollektivin digər rəqibi Ukraynanın "Çernomorets” komandası olacaq. Odessalılarla görüş yanvarın 23-də Türkiyədə baş tutacaq.
Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirəcək "Səbail” yanvarın 15-də MOİK, 18-də isə "Sumqayıt”la qarşılaşacaq. Antalya bölgəsində baş tutacaq ikinci mərhələdə isə 4 görüş nəzərdə tutulub. Bakılılar "Çernomorets”lə yanaşı, yanvarın 26-da Serbiyanın "Napredak”, 29-da isə Bolqarıstanın "Lokomotiv” (Plovdiv) komandası ilə üz-üzə gələcəklər. Digər rəqibin adı və oyunun vaxtı yaxın günlərdə bəlli olacaq.
Fanat.Az