21:05 10.01.2018 1396

Tərlan Əhmədov: "Yaxın günlərdə ilk legioner düşərgəmizə gələcək"

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına müsahibə verib.

- Çempionatın ikinci hissəsinə hazırlıq necə keçir?
- Hazırda təlim-məşq toplanışının ilk mərhələsi davam edir. Daha çox fiziki hazırlığa üstünlük veririk. Sevindirici haldır ki, bütün futbolçular ağır yükləmələri qəbul edə bilirlər. Komandada yüksək əhval-rühiyyə var. Futbolçularımıza qış fasiləsi ərəfəsində fərdi hazırlıq planı verilmişdi. Görünür, komandamızın hər bir üzvü fəal istirahət edərək fərdi tapşırıqları yerinə yetirib. Antalyada keçiriləcək ikinci mərhələdə isə texniki və taktiki məşqlərə xüsusi nəzər yetiriləcək. Türkiyədə 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Yorğunluq fonunda keçiriləcək bu matçlar həm istədiyimiz oyun üslubumuzun təkmilləşməsi, həm də yeni futbolçuların komandaya uyğunlaşması baxımından əhəmiyyətlidir.

- İstədiyiniz transferləri həyata keçirə bilirsinizmi?
- Klub rəhbərliyi ilə birgə müəyyənləşdirdiyimiz transfer siyasətinə uyğun işlər gedir. Prezident Orxan Hüseynzadə bütün işlərə şəxsən nəzarət edir və bizə bacardığı dəstəyi verir. Problemli mövqelər üzrə kifayət qədər çox futbolçuları izləmişik. Bu proses indi də davam edir. Tələsmək də istəmirik. Seçim zamanı hər bir nüansa diqqət etmək lazımdır. Bu işdə səhvə yol vermək olmaz. Düzdür, qış fasiləsi zamanı yaxşı oyunçu tapmaq asan deyil. Bundan əlavə, yerli futbolçu qıtlığı da var. Yalnız onu deyə bilərəm ki, bizə lazım olan mövqelərə keyfiyyətli, komandamızı gücləndirəcək legionerlər transfer olunacaq. Təbii ki, büdcə imkanları çərçivəsində.

- Bəzi futbolçularla yanaşı, keçən il müqaviləsi yenilənən Uqo Barqas da komandanı tərk etdi...
- Uqo Barqas özü komandadan getmək istədiyini bildirdi. Getmək istəyən futbolçunu komandada saxlamağın mənası yoxdur. Buna görə də qarşlıqlı razılaşma əsasında onunla müqaviləyə xitam verildi. Barqasın əvəzinə hücumçu axtarışı davam edir. Daha güclü futbolçular tapmağa çalışırıq. Azarkeşlərimiz narahat olmasın, Barqasdan daha səviyyəli və daha çox qol vuran yeni forvard görəcəklər.

- Başqa hansı mövqelərə oyunçu axtarışları davam edir?
- Hücumçudan başqa ilk növbədə hücumameylli sol cinah yarımmüdafiəçisinə və dayaq yarımmüdafiəçisinə ehtiyacımız var. Qeyd etdiyim kimi, namizədlər kifayət qədər çoxdur. Hər bir futbolçu ciddi şəkildə izlənilir və onun haqda bütün məlumatlar öyrənilir. Qərarımızı da buna görə verəcəyik. Çünki qarşıda bizi çox ciddi sınaqlar və güclü rəqiblər gözləyir. Hər hansı problem çıxmasa, yaxın günlərdə ilk legioner düşərgəmizə gələcək.

- Azarkeşlər bu mövsüm həm də "Neftçi”dən titul və avrokuboklara vəsiqə gözləyirlər...
- Əvvəla azarkeşlərimizə dərin təşəkkürümü bildirmək istəyirəm. Evdə və ya səfərdə olmasına baxmayaraq, bütün oyunlarda komandanı sonacan dəstəkləyirlər, hər zaman sevimli komandalarının yanındadılar. Klub rəhbərliyi, məşqçilər və futbolçular daim onların dəstəyini hiss edir. Bu günədək qazandığımız bütün qələbələrdə fanatlarımızın böyük payı var. "Neftçi”nin yetirməsi olaraq onları yaxşı başa düşürəm. Bu klub daim zirvədə olmalıdır. Təəssüf ki, çempionatın əvvəlində çox xallar itirilib. Bununla belə, artıq komandanın oyun dəst-xəttinin formalaşması gələcəyə nikbin baxmağa imkan verir. Qış fasiləsindən sonra mümkün qədər yuxarı pillələrə yüksəlməyə çalışacağıq. İlk növbədə isə ölkə kubokunu qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, biz birlikdə hədəfimizə çatacağıq.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X