Artıq hesab-kitab itib. Hər həftə AFFA-nın təşkil etdiyi çempionatlarda bir neçə texniki məğlubiyyətə şahid oluruq.
AFFA İntizam Komitəsi bu gün Yüksək Qızlar Liqasında keçirilən iki matçda yaş limitini pozan komandaları sərt şəkildə cəzalandırıb. "Fidan” – "Gənclik” qarşılaşmasında hər iki komanda yaş limitini pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin "Gömrükçü” – "Sumqayıt” görüşündə ikincilər eyni addıma əl atdıqları üçün texniki məğlubiyyətlə (0:3) üzləşiblər.
Meydana çıxan hər iki komandanın limiti pozmasının izahı yoxdu. Bu, yarışın hansı səviyyədə keçirildiyini, vəziyyətin nə qədər acınacaqlı olduğunu aşkar şəkildə göstərir. O qədər başıpozuqluqdu ki, bu qədər cəzaya, xəbərdarlığa baxmayaraq, yenə belə yollara əl atılır. AFFA komandalara nəzarət edə bilmir, onlar da istədiyi hərəkəri özlərinə rəva bilirlər.
Beləliklə 2017-ci ilin son 3 ayı ərzində AFFA-nın təşkil etdiyi müxtəlif yarışlarda 54 texniki məğlubiyyət qeydə alıb. Bunların hamısı uşaq liqalarında, qızların çempionatında və Region Liqasında reallaşanlardı. Qadınların yarışları isə, ümumiyyətlə, fiaskodu.
Texniki məğlubiyyət – 54
Yetərsay olmamasına görə - 17
İştirak etməməyə görə - 24
Lisenziyası olmayana görə - 6
Yaş limitinin pozulmasına görə - 6
Təhlükəsizlik təmin olunmadığına görə - 1
Kənarlaşdırma - 3
Mənbə: Futbolinfo.az