21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün yoldaşlıq görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, Türkiyənin "Alanyaspor” klubunun U-21 komandası ilə üz-üzə gələn yığma baş məşqçisi Rəşad Sadıqovu debüt matçında sevindirib.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb və təmsilçimizin 3:1 hesablı qələbəsiylə bitib.
Qeyd edək ki, yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə
Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları
keçirəcək.
16 yanvar
Azərbaycan U-21 – "Alanyaspor” U-21 -3:1
Fanat.Az