Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi hazırlığın 9-cu günündə meydana çıxıb.
Qurban Qurbanovun yetirmələri Rusiyanın "Kuban” klubu ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıblar.
Yoxlama oyunu
17 yanvar
Qarabağ (Azərbaycan) - Kuban (Rusiya) 2:2
Qollar: Əfran İsmayılov, 60. Zaur Fərzəliyev, 68.
Qarabağ: İbrahim Şehiç, Rəşad Sadıqov, Jakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Kərim Diniyev, Riçard Almeyda, Mahir Mədətov, Miçel, Pedro Enrike, Dani Kintana.
Fanat.Az